azpol-product

AZPOL YAXTA LAKI

Məhsul haqqında anlayış

Alkid əsaslı, antiseptik əlavəli, bir komponentli parlaq yaxta lakıdır. Şəffafdır, taxtanın təbii rəngini dəyişmir. Astarlanmış səthlərin üzərinə vurularkən sürtünməyə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir. Atmosfer təsirlərinə, günəş işığına, suya, nəmə, maye səthi aktiv maddələrə qarşı dayanıqlıdır. Tez quruyur, elastikdir, səthə yaxşı yayılır və möhkəm yapışır, göbələk və ziyanlı həşəratlara qarşı dayanıqlıdır.

Tətbiq sahəsi: Azpol yaxta lakı qorunması tələb olunan hər cür taxtadan istehsal edilmiş müxtəlif çeşidli qapı, pəncərə, taxta hasarlar, inşaat elementləri, dəniz nəqliyyat vasitələrinin taxta hissələrinin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Daxili və xarici məkanlar üçün nəzərdə tutulub.

  • Rəngi:

    Şəffaf, rəngsiz

  • Parlaqlıq dərəcəsi:

    ≥90% (60 glossmeter)

  • Quru çöküntü:

    56±1,0% (аğırlıqca), 52±1,0% (həcmcə)

  • Qalınlıq:

    30-40 mikron quru halda qalınlıq, nəm 65-80 mikron qalınlığa ekvivalentdir.

  • Nəzəri sərf norması:

    19-20 m²/litr (25 mikron quru film)

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.