azpol-product

ALUMİNİUM BOYA

Məhsul haqqında anlayış

Hidrokarbon resin və aluminium piqment əsaslı bir komponentli son qat boya olaraq, yüksək parlaqlığa və dekorativ görünüşə malikdir. Metal səthlərdə yüksək adgeziyası ilə fərqlənən bu boya atmosfer təsirlərə, neftə və neft məhsullarına, günəş şüalarına dayanıqlı və uzun ömürlüdür. Günəş şüasını əks etdirib yayaraq metal səthləri, anqarları, dam örtüklərini qızmadan qoruyur.

Tətbiq sahəsi: Quru və dəniz obyektlərində istismar olunan iri və kiçik qabaritli metalkonstruksiyaların, neft-kimya sənayesində anqarların, tankerlərin, çənlərin və boruların, körpülərin, təmir olunan istehsalat sahələrində hər cür metal məmulatların, dam örtüklərinin, elektrik dayaqlarının və s. qara, paslanmaz, sinklənmiş metal səthlərin üzərinə son qat boya kimi vurula bilər. Aluminium boyası düzgün astarlanmış səthlərin üzərinə vurularkən, atmosfer təsirlərə müqavimətini, dekorativ görünüşünü və parlaqlığını uzun müddət qoruya bilir.

  • Rəngi:

    Tünd və açıq gümüşü.

  • Parlaqlıq dərəcəsi:

    Yüksək parlaqlı.

  • Quru çöküntü:

    29±1% (аğırlıqca), 21,5 ±0,1% (həcmcə).

  • Qalınlıq:

    15 mikron quru halda qalınlıq nəm halda 75 mikron qalınlığa ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.