azpol-product

AZPOLSEAL 0510 HS/AL

Məhsul haqqında anlayış

İki komponentli epoksi qətran əsaslı, sinkfosfatla zənginləşdirilmiş, yüksək qatı maddəli, uzun müdət korroziya əleyhinə müdafiə yaradan həm astar, həm də son qat boya olaraq istifadə edilə bilər. Korroziyaya və atmosfer təsirlərə dayanıqlılıq xüsusiyyətlərini artırmaq məqsədi ilə boyanın tərkibinə alüminium piqmenti əlavə edilmişdir.

Tətbiq sahəsi: Qum/Grit raspası mümkün olmayan və ya yüksək təzyiqli su ilə təmizlənmiş səthlərə tək başına və ya digər astar və son qat boyalarla istifadə edilə bilər. Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, xüsusən dəniz kənarı konstruksiyalarda, atmosfer təsirlərə məruz qalan və su ilə təmasda olan neft platformalarında, körpülərin və gəmilərin tikintisində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye tikintilərində, təmir olunan istehsalat sahələrində, köhnə zədələnməmiş boyalar üzərindən də istifadə edilə bilər. Günəş şüalarına məruz qaldığında boya səthində tozlanma əmələ gələ bilər. Boya mexaniki, abrazivlə və hidroblasting üsulları ilə təmizlənmiş müxtəlif metal səthlərə tətbiq edilir.

  • Rəngi:

    Aluminium.

  • Parlaqlıq dərəcəsi:

    Yarı parlaq.

  • Quru çöküntü:

    88±2% (ağırlıqca), 85±2% (həcmсə).

  • Qalınlıq:

    100-250 mikron quru halda qalınlıq, nəm halda 125-312 mikrona ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.