azpol-product

AZPOLZON 0310

Məhsul haqqında anlayış

Epoksi qətran əsaslı, iki komponentli, şüşə pullu, antikorroziv piqmentlərlə zəngin, minimum üzvi həlledici tərkibli, uzun ömürlü, aqressiv və atmosfer təsirlərə dayanıqlı astar, ara və son qat boya kimi istifadə edilir.

Tətbiq sahəsi: Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz obyektlərində, yüksək rütubətə və güclü aşınmaya məruz qalan duzlu su dalğası vuran metal səthlərdə, gəmi yanalma meydançalarında, neft platformalarında, gəmi və körpülərin tikintisində, kimya və neft-emalı zavodlarında, kanalizasiya sistemlərində, beton borularda və beton səthlərdə, təmir-bərpa istehsalat sahələrində ümumiyyətlə, yüksək kimyəvi və bioloji antikorroziv dayanıqlılıq tələb olan sahələrdə istifadə edilə bilər. Zavod şəraitində Azpolzon 0310 boyası ilə rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərə nəqli zamanı boya sürtünmə, aşınma və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.

  • Rəngi:

    Fil sümüyü, açıq boz.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq, qeyri parlaq.

  • Quru çöküntü:

    93±0,5% (ağırlıqca), 90% (həcmсə).

  • Qalınlıq:

    300-500 mikron quru qalınlıq, yaş halda 333-555 mikrona ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.