azpol-product

AZEPOKS 2310

Məhsul haqqında anlayış

İki komponentli epoksid əsaslı ara qat boya olub, yüksək quru qalınlığa malikdir, tərkibinə az miqdarda uçucu üzvi birləşmələr daxildir. Məhsulun rəngi piqmentlərin seçilməsindən və dəmir oksidlə zənginləşdirilməsindən asılıdır.

Tətbiq sahəsi: Yeni tikilmiş iri və kiçik qabaritli metal-konstruksiyalarda, dəniz obyektlərində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, sənaye binalarında, körpülərin və gəmilərin tikintisində, təmir olunan istehsalat sahələrində yüksək qalınlıqda ara qat boya kimi istifadə edilir. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərində boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Tərkibi dəmir oksidlə zənginləşdirildiyi üçün növbəti qatın obyektlərdə rənglənməsinə qədər vaxt müddəti böyükdür.

  • Rəngi:

    Boz, fil sümüyü (piqmentdən asılıdır).

  • Parlaqlıq dərəcəsi:

    Parlaqlığı zəif ( yarı mat).

  • Quru çöküntü:

    82±2% (ağırlıqca), 63±1% (həcmcə).

  • Qalınlıq:

    100-150 mikron quru halda qalınlıq nəm halda 160-240 mikron qalınlığa ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.