azpol-product

AZEPOKS 1310 HS/2

Məhsul haqqında anlayış

İki komponentli epoksi resin əsaslı, mikalı dəmir oksidi ilə zənginləşdirilmiş, yüksək qatı maddəli və az solventli ara qat və son qat boyadır. Səthlə mükəmməl adgeziya yaradır, bir dəfəyə qalın qat vurmaq olur, ekstremal şəraitlərdə istismar edildikdə uzun müddət səthin korroziyadan qorunmasını təmin edir. Ətraf mühitin daim təsir göstərdiyi səthlər üçün nəzərdə tutulur.

Tətbiq sahəsi: Yeni tikilmiş iri və kiçik qabaritli metalkonstruksiyalarda, dəniz platformalarında, körpülərin və gəmilərin tikintisində, kranların, transporterlərin, neft-kimya zavodları avadanlıqların, sənaye və təmir olunan istehsalat sahələrində ara qat və son qat boya kimi istifadə edilə bilər. Zavod şəraitində rənglənən konstruksiyaların tikinti-quraşdırma obyektlərinə nəqli zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.

  • Rəngi:

    Rəng kataloqu.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Quru çöküntü:

    89±0,3% (ağırlıqca), 81±0,3% (həcmcə).

  • Qalınlıq:

    125-200 mikron quru halda qalınlıq nəm halda 155- 248 mikrona ekvivalentdir.

  • Nəzəri sərf norması:

    6,45 m²/litr qalınlıq 125 mikron olduqda.

azpol-mehsul

AQUA TOPCOAT

Su əsaslı industrial son qat boya...

ətraflı məlumat
azpol-mehsul

EPOKSİ SELF LEVELİNG HS

Epoksi özü yayılan boya...

ətraflı məlumat
azpol-mehsul

MAREPOKS 2410

Epoksid əsaslı ara qat boy...

ətraflı məlumat
azpol-mehsul

AZPOL YAXTA LAKI

Uretan-alkid əsaslı parlaq lak...

ətraflı məlumat

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.