azpol-product

SHOP PRİMER WB

Məhsul haqqında anlayış

Su əsaslı akrilik alkid emulsion resin tərkibli antikorroziv astar boyadır. Astar boyanın tərkibinə keyfiyyətli antikorroziv piqmentlər və korroziya ingibitoru əlavə edilməsi nəticəsində boya antikorroziv xüsusiyyətlərə malikdir, atmosfer təsirlərə dayanıqlıdır. Ekoloji cəhətdən ziyansız, qoxusuz, su keçirməz, kif tutmaz, sürtünməyə, aşınmaya, UB şüalara və nəmin ziyanlı təsirinə dayanıqlıdır.

Tətbiq sahəsi: Akrilik alkid resin əsaslı shop primer metalkonstruksiyalara daimi qoruyucu boya sistemi vurulmazdan əvvəl tətbiq edilən müvəqqəti qoruyucu antikorroziv astar qat boyadır. Akrilik shop primer yeni istesal edilmiş metalkonstruksiyaların, dəmir lövhələrin anbarlarda saxlanılması və daşınması zamanı səthlərinə müvəqqəti qoruyucu antikorroziv boya qatı kimi istifadə edilir. Akrilik shop primer ilə boyanmış metal səthlər qazla qaynaq edilməyə və qazla kəsilməyə məruz qala bilər.

  • Rəngi:

    Tünd qırmızı.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Quru çöküntü:

    52±1% (аğırlıqca), 43,6±0,2 (həcmcə).

  • Qalınlıq:

    50 mikron quru halda qalınlıq nəm halda 115 mikron qalınlığa ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.