Çatdırılma
Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.
Xlorkauçukla modifikasiya edilmiş alkid qətranı əsaslı və xüsusi qatqılar əlavə edilmiş yüksək performansa və tez qurumaya malik olan soyuq yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, elastikdir, duzlu suya və kimyəvi maddələrə dayanıqlıdır. Zaman keçdikcə rəngini dəyişmir, təzələnməsi lazım olduqda köhnə boyanın üzərindən vurula bilir. İstismar müddəti nəqliyyatın sıxlığından asılı olaraq 6-12 aydır. Azpol Yol Cizgi boyası EN 1436, EN 1871 standartlarına uyğun olaraq təsdiqlənmiş reqlament üzrə istehsal edilir.
Tətbiq sahəsi: Azpol Yol Cizgi boyası, nəqliyyat hərəkətini nizamlayan işarələmə boyası kimi, şəhər içi və şəhər kənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidlərdə, səkilərdəki bordurlarda istifadə edilir. Azpol Yol Cizgi boyası asfalt, beton, mozaik və s. səthlərdə rahatlıqla istifadə edilə bilir.
Ağ, sarı, qara, boz.
Mat.
750 qr/m² (quru film qalınlığı 300 mikron) 20 sm enində cizgi üçün; 6,5 m² /1kq.
Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.
Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz
İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz
Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.