azpol-product

AZPOKRYL

Məhsul haqqında anlayış

İki komponentli,metilmetakrilat reaktiv recinə əsaslı, yüksək performansa və tez qurumaya malik olan soyuq yol cizgi boyasıdır. Səthə mükəmməl yapışır, aşınma müqavimətinə sahibdir, elastikdir, duzlu suya və kimyəvi maddələrə davamiyyətlidir. Gecə görünumə xüssusiyyətinə sahibdir. Zamanla rəngini dəyişmir, təzələnməsi lazım olduqda köhnə boyanın üzərindən vurula bilir. İstismar ömrü nəqliyyatın intensivliyindən asılı olaraq 12-36 aydır. Azpokryl yol cizgi boyası EN 1436, EN 1871 standartlarına uyğun olaraq təsdiqlənmiş reqlament üzrə istehsal edilir. Ekoloji cəhətdən təhlükəsizdir, tərkibində üzvi solventlər yoxdur.

Tətbiq sahəsi: İki komponentli Azpokryl yol cizgi boyası, nəqliyyat axınını düzənləyən işarətləmə boyası kimi, şəhər içi və şəhər kənarı yollarda, avtoparklarda, qarajlarda, hava limanı yollarında, tennis kortlarında, alış-veriş mərkəzlərində, emalatxana və depolarda, sənaye obyektlərində, piyada keçidlərdə, səkilərdəki bordurlarda istifadə edilir. Azpokryl yol cizgi boyası asfalt, beton, mozaik və s. səthlərdə rahatlıqla istifadə edilə bilir

  • Rəngi:

    RAL kataloqu trafik rənglər.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Nəzəri sərf norması:

    2,0 - 4,0 kq/m²

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.