azpol-product

HAMMERTON BOYA

Məhsul haqqında anlayış

Stiren-alkid əsaslı, xüsusi silikon və antikorroziv qatqılar əlavə edilmiş, çəkiclənmiş metal görünüşü verərək səth xətalarını yox edən, yüksək göstəricili, dekorativ, parlaq, tez quruyan son qat boyadır. Təklif olunan yüksək keyfiyyətli üçü birində olan Hammerton boya səthə bir başa pas üzərinə astarsız vurulur, pası zərərsizləşdirir və zamanla boya üzərinə çıxmasını yasaqlayır və son qat olaraq dekorativ görünüş verir. Səthə mükəmməl yapışır, tez quruyur, elastikdir, tərkibində olan silikona görə su atıcıdır, kimyəvi maddələrə, atmosfer təsirlərə və ultrabənövşəyi şüalara dayanıqlı və antikorrozivdir.

Tətbiq sahəsi: Yüksək nəmlik və korroziyaya məruz qala bilən iri və kiçik qabaritli metal cihaz və əşyaların, hər cür sənaye və məişət avadanlıqlarının və əl alətlərinin, elektrik panno və aksesuarların, dəmir darvaza və qapıların, neft-kimya zavodlarının operator kabinələrinin boyanmasında və s. sahələrdə dekorativ görünüşlü antikorroziv boya kimi istifadə edilə bilər. Bir qutuda pas önləyici, astar və son qat boya olaraq istifadə edilir.

  • Rəngi:

    Ral kataloqu.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq.

  • Quru çöküntü:

    48-55% (аğırlıqca), 43-48% (həcmcə)

  • Qalınlıq:

    50 mikron quru halda qalınlıq, yaş halda 110 mikron qalınlığa ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.