azpol-product

ANTİ FİRE SBAC 60/120

Məhsul haqqında anlayış

Termoplastik stiren-akrilat kopolimer əsaslı, solventli, antipirenlərlə və xüsusi qatqılarla zəngin, bir komponentli, alovun geniş yayılmasının qarşısını ala bilən yüksək keyfiyyətli boyadır. Metalkonstruksiyaların oda dayanıqlığını metalın və boya örtüyünün qalınlığından asılı olaraq - 60, 120 və 180 dəqiqə təmin edir. Mexaniki aşınmaya və nəmliyə dayanıqlı, yüksək adgeziyaya və möhkəmliyə sahibdir. Müxtəlif səthlərə tətbiq edilə bilər, uzun müddət təmirə məruz qalmadan istismar edilə bilən bir boyadır. Azpol Anti Fire SBAC 60/120 ( Intumescent paint) müxtəlif səthlərə xüsusi işlənib hazırlanmış və sınaqdan keçirilmiş sxem üzrə tədbiq edilir.

  • Rəngi:

    Ağ.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Quru çöküntü:

    73±2% (ağırlıqca) 56±2% (həcmcə)

  • Qalınlıq:

    350-750 mikron quru qalınlıq 625-1340 mikron yaş qalınlığa ekvivalentdir

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.