azpol-product

AZPOLCHAR 2

Məhsul haqqında anlayış

Epoksi qətran əsaslı, solventsiz, antipirenlərlə və xüsusi qatqılarla zəngin, iki komponentli, yanğın gecikdirici, alovun geniş yayılmasının qarşısını ala bilən yüksək keyfiyyətli boyadır. Metal konstruksiyaların oda dayanıqlığını metalın və boya örtüyünün qalınlığından asılı olaraq - 60, 120 və 180 dəqiqə təmin edir. Mexaniki aşınmaya və rütubətə dayanıqlı, yüksək adgeziyaya və möhkəmliyə sahibdir. Müxtəlif səthlərə tətbiq edilə bilər, ekoloji cəhətdən təmiz və sağlamlığa ziyan verməyən uzun müddət təmirə məruz qalmadan istismar edilə bilən boyadır.  

Tətbiq sahəsi: İnsanların daima cəmləşdiyi, partlayış və yanğın təhlükəsi olan sənaye, məişət obyektlərində: qida, əczaçılıq və tekstil fabrikləri, alış-veriş mərkəzləri, aeroport və avtovağzallar, fermalar, anbarlar, anqarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər, iri və kiçik qabaritli beton və metal konstruksiyalar, dəmir borular, körpülər, kimyavi məhsullar istehsal edən və neft-kimya zavodların və s. obyektlərin yanğından qorunması üçün tətbiq olunur.

  • Rəngi:

    Boz.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Quru çöküntü:

    100% (A komp.); 100% ( qarışım).

  • Qalınlıq:

    4-20 mm tələb olunan yanğına dayanıqlıq dərəcəsindən asılı.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.