azpol-product

MİXEPOKS 1241

Məhsul haqqında anlayış

Kömür qətranı ilə modifikasiya edilmiş, antikorroziv piqmentlə zəngin iki komponentli solventsiz epoksi boyadır. Aşınmaya, aqressiv kimyəvi maddələrə, qrunt və dəniz suyuna, bioloji və kimyəvi korroziyaya dayanıqlılığı və yapışması yüksək olan boyadır. Ekoloji cəhətdən ziyansız və su ilə kontaktda olduqda metal səthləri korroziyadan uzun müddət qoruya bilən iki yüksək keyfiyyətli, biri-birini tamamlayan epoksi və kömür qətranları əsasında alınan boya sistemidir.

Tətbiq sahəsi: Su və torpaqla sıx təmasda olan və korroziyaya uğraya bilən iri və kiçik qabaritli beton və metalkonstruksiyaların və dəmir boruların qorunması üçün dəniz obyektlərində, kimyəvi məhsullar istehsal edən zavodlarda, neft-kimya zavodlarında, körpü və gəmi tikintisində, təmir olunan istehsalat sahələrində antikorroziv boya kimi istifadə edilə bilər. Azpol Mixepoks 1241 metalkonstruksiyaların və dəmir boruların qorunması üçün səthə astar və ara qat vurulmadan birbaşa istifadə edilir.

  • Rəngi:

    Qara.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq.

  • Quru çöküntü:

    98% (ağırlıqca); 97% ( həcmcə).

  • Qalınlıq:

    200 mikron quru halda qalınlıq nəm halda 207 mikron qalınlığa ekvivalentdir.

  • Nəzəri sərf norması:

    7,6 m²/litr (quru film qalınlığı 125 mikron yaş film qalınlığına ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.