azpol-product

RUST CONVERTER

Məhsul haqqında anlayış

Təbii mənşəli tanin əsaslı, korroziyaya qarşı inhibitor ilə gücləndirilmiş metalkonstruksiyaların, dəmir boruların, armaturların, qara metalların səthində olan pası modifikasiya etməsi (pası zərərsizləşdirməsi) üçün istifadəyə hazır pas çeviricidir. “Azpol Rust Converter” metalda olan pasın içinə nüfuz edərək, pas ilə reaksiyaya girir və dəmir oksidləri sağlam, zərərsiz qara rəngli bir orqanik metal kompleksinə çevirir. Məhsul xüsusən dəmir-beton konstruksiyalarda armaturların korroziyadan qorunması məqsədi ilə istifadə edilir, tikinti işlərini tezləşdirir.

Tətbiq sahəsi: Məhsul müxtəlif sənaye sahələrində, yüksək mərtəbəli tikintilərdə, avtotəmir işlərində və məişətdə metalların korroziyadan qorunması üçün istifadə edilə bilər.

Özəllikləri: Tərkibi korroziya inhibitoru ilə gücləndirilib. Tərkibində ortofosfor turşuları, civə, ağır metallar və s. ziyanlı maddələr yoxdur. Bitki mənşəli tanin tərkibli Rust Converter paslı səthin 150  mikrona qədər dərinliyinə nüfuz edərək pası zərərsizləşdirir, qeyri aktiv birləşməyə çevirir. Rust Converter üzərindən səthə boya qatı vurulmazdan əvvəl fosfor tərkibli pas çevricilərindən fərqli olaraq, səthin yuyulması tələb olunmur. Qoruyucu astar qrunt kimi istifadə edilə bilər. Ekonomikdir. Fırça, rulo, havalı və havasız püskürtmə ilə asanlıqla tətbiq edilə bilər. Yanğın təhlükəsi yoxdur.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.