azpol-product

AZEPOKS LİNE 3231

Məhsul haqqında anlayış

İki komponentli, solventsiz, kiçik molekullu epoksi qətran əsaslı, qalın örtük yaradan, yüksək keyfiyyətli, kimyəvi reagentlərə dayanıqlı, ekoloji cəhətdən ziyansız son qat boyadır. Həm universal astar kimi, həm də çənlərin və boruların daxili səthlərinin qorunması üçün son qat boya kimi tətbiq edilə bilər.

Tətbiq sahəsi: Neft sənayesində, müxtəlif istehsalat və məişət obyeklərində saf neftin, sintetik və mineral yağların, içməli suyun saxlanılmasında istifadə edilən polad çənlərin və boruların daxili səthinin korroziyadan qorunması üçün istifadə edilən, yüksək qalınlıqla vurulan antikorroziv boyadır. Azepoks-Line 3231 ara və son qat boya olaraq metal səthin üzərinə birbaşa vurula bilər. Bundan əlavə Azepoks-Line 3231 solventsiz epoksi boya yeni tikintilərdə, təmir işlərində, nəm şəraitdə istifadə olunan müxtəlif metal konstruksiyaların, ballast tankların korroziyadan və nəmdən qorunması üçün istifadə edilə bilən yüksək keyfiyyətli epoksi boyadır. 400-1000 mikron qalınlıqda tətbiq edilməklə ekoloji təhlükəsiz tökmə döşəmə kimi istifadə etmək olar.

  • Rəngi:

    Ağ, fil sümüyü,bej.

  • Parlaqlıq dərəcəsi:

    Mat.

  • Quru çöküntü:

    100%(аğırlıqca), 100% (həcmcə).

  • Qalınlıq:

    300-600 mikron quru halda qalınlıq yaş halda 300-600 mikrona ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.