Çatdırılma
Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.
Multifunksional fenol-epoksi qətran əsaslı, iki komponentli, dekorativ görünüşlü, 200ºC temperatura qədər dayanıqlı termostabil antikorroziv boyadır. Epoksi qətranın funksional qruplarla və antikorroziv qatqılarla zənginləşməsi nəticəsində örtüyünün adgeziyası, möhkəmliyi, qələvilərə, mineral turşulara mexaniki aşınmaya, qaynar suya və s. gərginliklərə daha dayanıqlı bir boyadır. Ekoloji cəhətdən təmiz və tam quruduqdan sonra sağlamlığa ziyan verməyən metal örtüyüdür.
Tətbiq sahəsi: Azpolterm 200 metal səthlərin dəyişkən ( quru və nəm) hava şərtlərində və 200ºC qədər temperaturlarda istismar edilən, maksimum antikorroziv qorunması tələb olunan, izolyasiya edilmiş və edilməmiş metalkonstruksiyaların, boruların, bacaların, isti buxar və qaz keçirici boruların rənglənməsi üçün tövsiyə edilir. Boya metal səthə 200 mikron quru film qalınlığında birbaşa vurulur. Altından astar və üzərindən əlavə son qat boya vurulmasına ehtiyac yoxdur.
Ağ,qırmızı.
Yarımat.
84±0,05% (ağırlıqca), 69±0,05% (həcmсə).
100-250 mikron quru halda qalınlıq, nəm halda 145-362 mikrona ekvivalentdir.
Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.
Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz
İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz
Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.