azpol-product

EPOKSİ SELF LEVELİNG HR

Məhsul haqqında anlayış

Multifunksional fenol-epoksi qətran əsaslı, yüksək qatı maddəli, üç komponentli, dekorativ görünüşlü, 200ºC temperatura qədər dayanıqlı antikorroziv boyadır. Epoksi qətranın funksional qruplarla zənginləşməsi nəticəsində zəmin örtüyünün adgeziyası, möhkəmliyi, qələvilərə, mineral turşulara, mexaniki aşınmaya, qaynar suya və s. gərginliklərə daha dayanıqlı bir zəmin boyasıdır. Müxtəlif aradoldurucularla uyğunlaşa bilir, ekoloji cəhətdən təmiz və tam quruduqdan sonra sağlamlığa ziyan verməyən zəmin örtüyüdür. Azpol Epoksi Self levelinq HR boyasının beton üzərində möhkəm səth yaratması üçün Azpol Epoksi Emprenye astar üzərindən vurulması tövsiyə edilir.

Tətbiq sahəsi: Qida, əczaçılıq, tekstil, kimyəvi, elektrik və siqara fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər və s. sənaye və məişət obyektləri.

  • Rəngi:

    Rəng kataloqu.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq.

  • Quru çöküntü:

    81±0,1% (ağırlıqca), 70± 0,05% (həcmcə).

  • Nəzəri sərf norması:

    Hər 1 mm qalınlıq üçün; A+B komponentli qarışığı;750-900 qr/m², C komponentli miqdarı; 500-900 qr/m².

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.