azpol-product

PURKAP SL

Məhsul haqqında anlayış

Üç komponentli, nəfəs ala bilən, epoksi əsaslı, 2-3 mm qalınlığında tətbiq edilən, rəngli, dekorativ görünüşlü, ipək mat, ağır hizmət zəmin örtüyüdür. Təmizlənməsi asan, sürtünməyə, mexaniki aşınmaya və kimyəvi maddələrə dayanıqlıdır. Möhkəm, qoxusuz, tozlanmayan, müxtəlif aradoldurucularla uyğunlaşa bilən ekoloji cəhətdən təmiz və sağlamlığa ziyan verməyən bir örtükdür. Purkap SL, beton üzərində öncədən möhkəm səth yaradan PurkapAS poliuretan emprenye astar üzərindən tətbiq edilir.

Tətbiq sahəsi: Qida, əczaçılıq, tekstil, kimya, elektrik və siqaret fabrikləri, alış-veriş mərkəzləri, istehsal və təmir sexləri, fermalar, anbarlar, qarajlar, xəstəxanalar, uşaq baxçaları, məktəblər, ət, balıq, meyvə suyu konserv zavodlarında, şərab və quru üzüm təsislərində, sənaye mətbəxlərində və s. məişət obyektlərində zəmin boyası kimi istifadə edilə bilər.

  • Rəngi:

    Rəng kataloqu.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq, yarımat.

  • Quru çöküntü:

    100% (A+B+C həcmcə).

  • Qalınlıq:

    2000 - 3000 mikron quru qalınlıq yaş halda 2000 - 3000 mikrona ekvivalentidir.

  • Nəzəri sərf norması:

    Hər 1mm qalınlıq üçün; A+B komponentinin qarışığı; 1000-1100 qr/m², C komponentinin miqdarı 850-900 qr/m².

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.