azpol-product

MAREPOKS 1400

Məhsul haqqında anlayış

İki komponentli, modifikasiya edilmiş bisfenol epoksi və novolak fenol epoksi qətranlar əsaslı universal həm antikorroziv, həm də kimyasal maddələrə yüksək dayanıqlıq göstərən astar qat boyadır. Kontrollu katodik mühafizə ilə birgə istifadə edilməsi uyğundur.

Tətbiq sahəsi: Dəniz obyektlərində, gəmilərin tikintisində və təmirində, ballast tankların, gəminin gövdəsinin, koferdamların, quru otseklərin palubaların, yük anbarlarının, xam neft tanklarının və müxtəlif iri və kiçik metalkonstruksiyaların korroziyadan qorunması üçün universal astar boya kimi təklif olunur. Zavod şəraitində Marepoks 1400-lə rənglənən gəmi avadanlıqların tikinti-quraşdırma obyektlərinə nəqli zamanı boyanın sürtünmə və kiçik mexaniki təsirlərə qarşı müqaviməti yüksəkdir. Növbəti qatın obyektlərdə rənglənməsinə qədər metal səthini xarici təsirlərdən tam mühafizə edir.

  • Rəngi:

    RAL kataloqu.

  • Parlaqlıq dərəcəsi:

    Parlaq.

  • Quru çöküntü:

    85±1% (ağırlıqca), 81±1% (həcmcə)

  • Qalınlıq:

    160 mikron quru halda qalınlıq nəm halda 200 mikron qalınlığa ekvivalentdir.

Çatdırılma

Məhsullarımızı əldə etmək istəyən müştərilərin rahatlığını düşünərək bir neçə çatdırılma xidməti təklif edirik ki, bunlara Kuryer, Yükdaşıma şirkəti və ya özünüzün əldə etməyinin yolunu təklif edirik.

azpol-mehsul

Kuryer

Bizimlə əlaqə saxlayaraq istədiyiniz məhsulu və ünvanınızı qeyd edərək həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Yük daşıma şirkəti

İstənilən yük daşıma şirkətinə müraciət edərək məhsul haqqında məlumat verib həmin məhsulu əldə edə bilərsiniz

azpol-mehsul

Özünüz əldə edin

Azpol boyalarının satış məntəqələrini Çağrı Mərkəzindən öyrənərək həmin məhsulu əldə edə bilərsiniz.